Kamran Əliyev: 2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib


Digərləri 15 Yan 2019 10:45:00 461 0

Kamran Əliyev: 2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib

2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib

Bakı. Samir Əli - 2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib. Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib. O bildirib ki, uzun müddət bu sahə nəzarətdən kənarda qalıb: "Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzarətə götürülüb. Nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi məhkəməyə göndərilib. 21 milyondan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib".