Kamran Əliyev: "Korrupsiya ilə bağlı 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib"


Digərləri 15 Yan 2019 10:25:00 433 0

Kamran Əliyev: "Korrupsiya ilə bağlı 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib"

Ötən il Azərbaycanda korrupsiya ilə bağlı 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

Qeyd olunub ki, 2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.