Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb


Digərləri 15 Yan 2019 10:30:00 491 0

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 25 şəxsi cinayət başında yaxalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

Bildirilib ki, həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanıb, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.