Azərbaycanda korrupsiya ilə əlaqədar 25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib


Digərləri 15 Yan 2019 10:15:00 463 0

Azərbaycanda korrupsiya ilə əlaqədar 25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib

Azərbaycanda korrupsiya ilə əlaqədar 25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib.

Bakı. Samir Əli - Azərbaycanda korrupsiya ilə əlaqədar 25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib. Bildirilib ki, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.