Ehtiyat açarı götürüb bacısının evini qarət etdi


Dünya 15 Yan 2019 09:18:00 432 0

Ehtiyat açarı götürüb bacısının evini qarət etdi

Ötən bazar günü Rusiyanın Çita şəhərinin Novaya Kuka kəndində 23 yaşlı qadının evi naməlum şəxslər tərəfindən qarət edilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, zərərçəkmiş əyalət polis idarəsinə müraciət edib. Evdən təxminən 7 min rubl dəyərində musiqi mərkəzi oğurlanıb. Polis tərəfindən aparılmış araşdırma nəticəsində mənzilin ehtiyat açarının itdiyi üzə çıxıb.

Musiqi mərkəzi evin yaxınlığındakı qazanxanalardan birində tapılıb. Qazanxana işçiləri maqnitofonun tanımadıqları bir şəxs tərəfindən onlara satıldığını bildiriblər.

Polis əlamətlərə uyğun olaraq, oğrunun şəxsiyyətini müəyyənləşdirib. Görülmüş tədbirlər nəticəsində oğru tapılıb. Oğrunun evi qarət olunmuş qadının 26 yaşlı qardaşı olduğu aşkar edilib.