Çində Yer kürəsinin modelləşdirilməsi platforması yaradılacaq


Digərləri 15 Yan 2019 08:55:00 352 0

Çində Yer kürəsinin modelləşdirilməsi platforması yaradılacaq

Yer kürəsi sisteminin modelləşdirilməsi layihəsi Çinin paytaxtı Pekinin Miyun rayonunda reallaşdırılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sistem Yer kürəsi sisteminin kəmiyyət təsvirini verməyə və modelləşdirilməsini aparmağa imkan verəcək. Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun direktoru Çju Tszyan bildirib ki, bu, atmosfer, hidrosfer, kriosfer və biosferin inkişaf qanunauyğunluqlarını, həmçinin onlar arasında qarşılıqlı təsiri dərindən başa düşməyə kömək edəcək.