“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb


Digərləri 15 Yan 2019 08:45:00 428 0

“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.

Bakı. “Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. “Türk Hava Yolları”ndan Trend-ə verilən məlumata görə, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 80,2% təşkil edib. İniş ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir. Dekabr ayında sərnişin axınının artımı davam edib. Belə ki, dekabrda daşınan sərnişinlərin ümumi sayı 1% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi isə 80,2%-dək artıb. 2018-ci ilin dekabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 0,5 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 0,5 faiz bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb. Dekabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 20% artıb. Artım əsasən Afrika (33%), Şimali Amerika (33%), Uzaq Şərq (17%) və Avropa ölkələri (17%) hesabına baş verib. Dekabr ayında Afrika yüklənmə səviyyəsi müvafiq olaraq 2,5 faiz bəndi, Şimali Amerika, Orta və Uzaq Şərq ölkələri üzrə isə 1 faiz bəndi artıb.