İrlandiyada vergi sistemi


Digərləri 15 Yan 2019 08:25:00 469 0

İrlandiyada vergi sistemi

İrlandiyanı aşağı ödənişli vergi yurisdiksiyasına aid ölkələr sırasına daxil etmək olar. Bununla belə, ölkədə həm gəlir vergisi, həm kapital artımına görə 25 faizlik vergi və hətta hamı tərəfindən nifrət edilən mirasa görə vergi də mövcuddur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İrlandiyada subay vergiödəyiciləri üçün ilk 32.800 avro gəlirə 20 faiz vergi və həmin məbləğdən artıq qalan vəsaitlərə görə isə 41 faiz vergi tətbiq olunur.

Daimi yaşayış yeri İrlandiya olmayan fiziki şəxslər üçün bu ölkədə müəyyən vergi güzəştləri mövcuddur. Mahiyyətinə görə, əcnəbi rezident İrlandiyada yalnız bu ölkədəki bank hesabına köçürdüyü pul gəlirlərinə görə vergi ödəməlidir. O səbəbdən bu ölkədə daimi yaşamayıb, müvəqqəti yaşayan əcnəbilər gəlir vergisi ödəməkdən qurtulmaq üçün öz gəlirlərini ofşorda saxlaya bilərlər.