Çində əli bıçaqlı şəxs ətrafdakılara hücum edib


Dünya 15 Yan 2019 08:28:00 412 0

Çində əli bıçaqlı şəxs ətrafdakılara hücum edib

Çinin Fuçjou şəhərində əli bıçaqlı şəxsin hücumu nəticəsində 1 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla 21:00 radələrində baş verib. Əlində bıçaq olan şəxs ətrafdakılara hücum edib, sonra isə çaya tullanıb.