Kanadada orta məktəbdə 43 nəfər dəm qazından zəhərlənib


Dünya 15 Yan 2019 08:30:00 411 0

Kanadada orta məktəbdə 43 nəfər dəm qazından zəhərlənib

Kanadada ibtidai məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Monreal şəhərindəki təhsil müəssisələrindən birində baş verib. Bildirilir ki, 35 məktəbli və təhsil müəssisəsinin 8 əməkdaşı dəm qazından zəhərlənib.

Yanğından mühafizə xidmətinin məlumatına görə, qazın yayılmasına səbəb orta məktəbin qızdırıcı sistemindəki nasazlıq olub. Məktəblilər və təhsil müəssisəsinin əməkdaşları xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin sabit olduğu bildirilir.