Yeni nəsil WiFi 6 simsiz rabitə təqdim edilib


Digərləri 15 Yan 2019 08:15:00 330 0

Yeni nəsil WiFi 6 simsiz rabitə təqdim edilib

"Wi-Fi Alliance" şirkəti "Wi-Fi 6″ adını alacaq yeni simsiz rabitəni təqdim etdi.Belə ad rabitə modellərinin daha əvvəl istifadə olunan sisteminin sadələşdirilməsi ilə bağlıdır.

Son.az xeberler.az-a istinadən bildirir ki, adi istifadəçi üçün belə sistem narahat idi və müəyyən qarışıqlığa səbəb olurdu."Wi-Fi"-ın 4-cü və 5-ci nəsili müvafiq olaraq "802.11n" və "802.11ac" adlanırdı.Bunları yadda saxlamaq çətin olduğundan bir çox halda istifadəçilər onu səhv salırdılar.Yeni simsiz rabitə nəsilin 802.11ax adlanmaq olardı.Yeni nəsildə keçirtmə qabiliyyəti yaxşılaşdırılmışdı, həmçinin routerin spektral effektivliyi daha çox istifadəçi sayına uyğun olmaqla sürətin minimal itkisi ilə bir nöqtəyə qoşulmağa icazə verəcək. Artıq növbəti ildə yeni avadanlığın sertifikatlaşdırılmasına başlayacaqlar.