İŞİD terrorçuları Nigeriyada Rann şəhərini işğal edib


Dünya 15 Yan 2019 08:06:00 450 0

İŞİD terrorçuları Nigeriyada Rann şəhərini işğal edib

Nigeriyada İŞİD terrorçuları ilə əlaqədə olan silahlılar Rann şəhərini işğal ediblər.

Son.az "Report"a istinadən bildirir ki, terrorçular ordunu şəhərdən çıxarıblar. İlkin məlumata görə, şəhər tamamilə terrorçuların əlinə keçib.

Hərbçilərdən biri anonimliyin saxlanılması şərti ilə bildirib ki, hökumət qüvvələri yaşayış məntəqəsini tərk edib.