Fransada əsasən gənclər həyat şəraitindən razıdır


Dünya 15 Yan 2019 08:10:00 454 0

Fransada əsasən gənclər həyat şəraitindən razıdır

Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (İNSEE) fransızların həyatdan razılıq səviyyəsini öyrənmək üçün tədqiqat aparıb.

Son.az "Report"a istinadən bildirir ki, tədqiqatın nəticələri göstərir ki, 2018-ci ildə 16 yaşlı fransızlar arasında həyatdan razılıq səviyyəsi hər 10 nəfər arasında 7 olub. Məlum olub ki, bu, onların maddi vəziyyətindən birbaşa asılıdır. Belə ki, insanlar nə qədər az maddi çətinliklərlə üzləşirlərsə, o qədər çox həyatlarından razı qalırlar.

Bundan əlavə, müəyyən edilib ki, insanların həyatdan razılıq hisslərinə onların sağlamlıqları, yaşları, ailə vəziyyətləri və s. faktorlar da təsir edib. Araşdırmalar müəyyən edib ki, cavanlar həyatlarından yaşlılara nisbətən daha artıq razıdırlar.

Həyatlarından ən çox razılıq edənlər 16-24 yaş arası gənclər, ən çox narazı olanlar isə yaşı 85-i ötən insan qruplarıdır.