Alban dili Makedoniyada rəsmi dil statusu alıb


Dünya 15 Yan 2019 07:43:00 394 0

Alban dili Makedoniyada rəsmi dil statusu alıb

Alban dili Makedoniyada rəsmi dil statusu alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə parlamentin rəhbəri Tələt Cəfəri bildirib.

O, qeyd edib ki, Makedoniyada alban dilinin ikinci rəsmi dil status alması "Mənimsəmə haqqında qanun"la qüvvəyə minib. Cəfərinin sözlərinə görə, qanun "Xidməti xəbərlər"də dərc edilib.

Makedoniya parlamenti yanvarın 11-də "Dillər haqqında" Qanunun qəbuluna səs verib. Qanuna əsasən, alban dili ölkədə makedoniya dili ilə bərabər səviyyədə ikinci rəsmi dil olub.