Cənubi Koreyada yanğın olub, ölən və yaralananlar var


Dünya 15 Yan 2019 07:48:00 445 0

Cənubi Koreyada yanğın olub, ölən və yaralananlar var

Cənubi Koreyada ölüm və xəsarətlə nəticələnən yanğın olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Çhonan şəhərində baş verib. "Ramada Encore Cheonan" otelində baş verən yanğın zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxsin otelin 53 yaşlı işçisi olduğu bildirilir. Yaralılardan 4-ü yanğınsöndürənlərdir. Onlar dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onlardan bəziləri hələ də huşsuz vəziyyətdədir.