Yunanıstandan Rusiyaya ağır ittiham


Dünya 15 Yan 2019 07:15:00 357 0

Yunanıstandan Rusiyaya ağır ittiham

Yunanıstan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin Makedoniya parlamentinin ölkənin adının dəyişdirilməsi ilə bağlı qərarına dair şərhinə reaksiya verib.

Son.az oxu.az-a istinadən bildirir ki, rəsmi Afina Rusiya XİN-in şərhini Yunanıstanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Yunanıstan XİN-in bəyanatında bildirilir ki, Moskvanın şərhi iki ölkə arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun deyil.