Ermənistanda deputatın həbsi tələbi ilə aksiya keçirənlər Paşinyana xəbərdarlıq ediblər


Dünya 14 Yan 2019 23:54:00 236 0

Ermənistanda deputatın həbsi tələbi ilə aksiya keçirənlər Paşinyana xəbərdarlıq ediblər

Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin sabiq deputatı, "Erkrap" könüllü ittifaqının sədri olmuş Manvel Qriqoryanın həbsini tələb edən aksiyaçılar ölkənin baş naziri Nikol Paşinyanla görüşmək istəyir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından biri Civan Abramyan jurnalistlərə bildirib.

"Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik", - deyə o bildirib. Aksiyaçı Paşinyana müraciət edərək, qrup üzvlərinin üç gün ərzində onunla görüşmək istədiklərini bildrib. "Bizim sizə deyəcəyimiz söz var", - deyə Abramyan qeyd edib.

Etiraz aksiyasının təşkilatçısı ölkədə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, həmçinin bildirib ki, bugünkü aksiyanın iştirakçıları Arşakunyas prospekti üzrə addımlayıblar. Civan Abramyan aksiyaçıların magistral yolu bağlayacaqlarını istisna etməyib.