İsti vanna qəbul edilməsi...


Digərləri 14 Yan 2019 23:42:00 225 0

İsti vanna qəbul edilməsi...

Ən azı 60 dəqiqə vanna qəbul edilməsi insan orqanizminə pozitiv təsirə malikdir. İsti suda istirahət hətta 2-ci tip diabetin qarşısını alır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Britaniyanın Lafboro universitetindən doktor Stiv Folknerin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində alimlər belə qənaətə gəliblər.

Folknerin rəhbərliyi ilə orqanizmin "passiv qızmasının" xüsusiyyətlərini öyrənən alimlərin fikrincə, onun əhəmiyyəti gigiyenik faydası ilə bitmir. Onlar isti suda olarkən insan qanında sərf edilən kalorinin miqdarını hesablayıblar və təcrübə aparıblar. Təcrübədə iştirak edən 14 nəfərin hər biri bir saat ərzində temperaturu 40 dərəcə olan isti vannada uzanıb, bundan sonra isə iştirakçılar müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər. Nəticədə məlum olub ki, bir saat isti vanna qəbul edilməsi yarım saatlıq qaçışı əvəz edə bilər.