Sarımsaqsoğan yeməklə qorunmaq olarmı?


Digərləri 14 Yan 2019 23:15:00 250 0

Sarımsaqsoğan yeməklə qorunmaq olarmı?

Hazırda quş qripinin adi qripə, adi qripin donuz qripinə qarışdığı bir vaxtda insanlar arasında müxtəlif miflər gəzir.

Son.az bildirir ki, medicina.az qrip haqqında dolaşan 5 mifi və onların nə dərəcədə reallığa uyğun olmasını araşdırıb.

MİF 1

"Mən artıq bir dəfə qrip olmuşam, daha olmaram"

Bu düzgün deyil. Qripin elə xarakteri də budur ki, dəyişir, müxtəlif ştammları var. Virus daim mutasiya olur, ötən ildə və ya  ilin əvvəlində keçirdiyiniz qrip eyni olmaya bilər. Ona görə bir insan, istər uşaq, istər böyük ildə 2-3 dəfə qrip keçirə bilər.

MİF 2

"Sarımsaq, soğan yeyirəm, immnunitetim güclənib, qrip olmaram"

Əvvəldən sağlam həyat tərzi keçirən insan qriplə toqquşmadan az-çox qoruna bilər. Bunun üçün sarımsaq-soğan azdır.

-Gərək şəxsi gigiyenaya ciddi əməl olunsun -Hər gün kifayət qədər su, yaşıl çay içilməli -Qrip ərəfəsində kütləvi insan olan yerlərdə az olmalı -Qida rasionunda çoxlu meyvə-tərəvəz, sitrus meyvələri, süd məhsulları  -D vitamini, balıq yağı, C vitamini çox qəbul edilməlidir

MİF 3

"Peyvənd olunmuşam, mənə zaval yoxdur"

Qripdən peyvənd olunmaq mövsümi qriplərdən bir qədər qorunmaq və ya ağırlaşmadan keçirmək olar. Amma adi qripdən peyvəndin sizi donuz və ya quş qripindən tam müdafiə edəcəyinə zəmanət yoxdur.   Ümundünya Səhiyyə Təşkilatı ümumiyyətlə, hər bir insanın, xüsusilə uşaq və yaşlı insanların hər il oktyabr ayında qripə qarşı peyvənd olmasını israrla tövsiyyə edir.

MİF 4