Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?


Digərləri 14 Yan 2019 23:02:00 282 0

Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?

Limon yağı və qoxusunun insan bədəninə müalicəvi təsiri olduğunu bilirdiniz?

Son.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində limonun əhval-ruhiyyəni qaldırdığı, konsentrasiyanı bərpa etdiyi, üstəlik havada uçuşan mikrobları təmizlədiyi məlum olub. Odur ki, mütəxəssislər yatmazdan əvvəl çarpayının kənarına yarım kəsilmiş limon qoymağı və ya limon yağından istifadə etməyi tövsiyə edir.

Konsentrasiya və diqqət pozğunluğunu bərpa edir

C vitamini mənbəyi olan limonun heyrətamiz xüsusiyyətlərindən biri də konsentrasiyanı bərpa etməsidir. Hər gün limon aromasını qoxlamaq diqqət pozğunluğunu aradan qaldırır. Limonda olan efir yağları beyinə siqnallar göndərərək fikirləri bir istiqamətdə toplamağa kömək edir. Yapon alimlərinin araşdırmalarına görə, limon qoxlayan insanlar iş prosesində daha az səhvə yol verir.

Əhval-ruhiyyəni yaxşılaşdırır

Limonlu efir yağı depressiyaya qarşı sübut edilmiş effektiv dərmandır. Əgər depressiya yaxanızdan əl çəkmirsə və dərmanların heç bir təsiri yoxdursa, limon qoxusunun gücünü sınayın.

Havada uçan mikrobları təmizləyir

Limon yalnız xoş ətir deyil, həm də bakterisidal xüsusiyyətlərə malikdir. Otaqda havanı təmizləmək üçün limonu iki yerə bölüb müxtəlif istiqamətlərə qoyun.