Azərbaycanda 35 metr hündürlüyündə Saatlar qülləsi inşa olunur FOTO


Digərləri 14 Yan 2019 22:38:00 243 0

Azərbaycanda 35 metr hündürlüyündə Saatlar qülləsi inşa olunur  FOTO

Xaçmaz şəhərindəki "Çənlibel" parkında 35 metr hündürlüyündə yeni Saatlar qülləsi inşa olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tikintisi iki ay ərzində tamamlanacaq qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Səkkiz mərtəbəli qüllə şəhərin girişində yerləşən "Çənlibel" parkına əlavə gözəllik verəcək.

İş icraçısı Ələddin Qasımov bildirib ki, qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarında olacaq. Yuxarı mərtəbələr isə şəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin başında isə hər tərəfdən görünən 4 saat quraşdırılıb.


Xəbərə aid fotolar