Zəncəfil əsl dərman vasitəsi hesab edilib


Digərləri 14 Yan 2019 22:47:00 227 0

Zəncəfil əsl dərman vasitəsi hesab edilib

Tədqiqatçılar zəncəfilin kökünə hipertoniklərə və diabet xəstələrinə tövsiyə edilə biləcək potensial vasitə kimi baxırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment zəncəfil kökünün ikinci tip diabet xəstələrinin qanında şəkərin miqdarına uzunmüddətli nəzarəti yaxşılaşdırdığını göstərib.

Məlum olub ki, zəncəfil ekstraktı serotonin reseptorları ilə qarşılıqlı fəaliyyət göstərərək, onların insulin sekresiyasına təsirini gücləndirir. Bütövlükdə, zəncəfil sayəsində qanda qlükozanın səviyyəsi 35 faiz azala, insulinin səviyyəsi isə 10 faiz arta bilər.