Alimlər ömrü uzadan məhsulu AÇIQLADI


Digərləri 14 Yan 2019 22:56:00 191 0

Alimlər ömrü uzadan məhsulu AÇIQLADI

Britaniya və Yeni Zelandiya alimləri müəyyənləşdirib ki, sellülozla zəngin məhsulların istifadəsi ürək-damar, diabet, xərçəng, insult və digər bir çox xəstəliklərin inkişaf riskini xeyli azaldır.

Son.az xəbər verir ki, tədqiqatçılar tərkibi sellülozla zəngin olan məhsulları açıqlayıb.

Yeni Zelandiyanın Otaqo Universiteti ilə Britaniyanın Dandi Universitetinin ekspertləri məlumat verib ki, gün ərzində 25-30 qram sellüloza qəbulu ürək və daxili orqanlarla bağlı bir çox xəstəliklərin inkişaf riskini azaldır.

"Lancet" elmi jurnalda qeyd edilib ki, insanlar gündəlik qida rasionunda lifli məhsullara az yer verdiyi üçün əziyyət çəkir. Bu da aşağı kalorili pəhrizlərin dəbdə olması və müasir dövrün qidalanması ilə bağlıdır.