Sağlamlıq üçün ən qiymətli məhsul


Digərləri 14 Yan 2019 22:11:00 244 0

Sağlamlıq üçün ən qiymətli məhsul

Qida mütəxəssisləri yerkökünü insan sağlamlığı üçün ən faydalı və qiymətli məhsullardan biri kimi qiymətləndirirlər.

Ucuz və əlçatan yerkökü bir çox faydalı xüsusiyyətlərlə zəngindir.

Son.az saglamolun.az-a istinadən yerkökünün faydalarını sizə təqdim edir:

- Görməyə müsbət təsir edir

Beta-karotinlə zəngin olan kök görmə apparatının sağlamlığını qoruyur, katarakta və digər yaşlanma ilə bağlı olan göz xəstəliklərinin riskini azaldır.

- Xərçəngdən qoruyur

Kökün tərkibində olan "falkarinol" adlı maddə orqanizmə güclü xərçəng əleyhinə təsir edir. Araşdırmalar göstərir ki, kökün müntəzəm istehlakı yoğun bağırsaq, ağciyər və süd vəzi xərçənginin riskini azaldır.

- Qocalmanı ləngidir

Antioksidantlar sayəsində kök orqanizmdə gedən qocalma proseslərini ləngidir.