Yaponiya və Cənubi Koreya hərbi dəniz qüvvələri arasında baş vermiş insidenti müzakirə edirlər


Dünya 14 Yan 2019 22:02:00 217 0

Yaponiya və Cənubi Koreya hərbi dəniz qüvvələri arasında baş vermiş insidenti müzakirə edirlər

Yanvarın 14-də Sinqapurda Yaponiya və Cənubi Koreyanın müdafiə idarələrinin nümayəndələri dekabrın 20-də Yapon dənizində iki ölkənin hərbi dəniz qüvvələri arasında baş vermiş insidenti müzakirə etmək üçün bir araya gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Tokio Cənubi Koreya gəmisinin həmin hadisə zamanı ərazidə uçan Yaponiya hərbi dəniz qüvvələrinin patrul təyyarəsinin silahların idarə olunması sistemini öz radarı vasitəsilə tutmasını təsdiq edən elektron müşahidə məlumatlarını Seula təqdim etmək niyyətindədir.

Seul bu ittihamı qətiyyətlə rədd edir və bununla əlaqədar tərəflər artıq bir neçə dəfə bir-birlərinə etirazlarını bildiriblər. Eyni zamanda, Yaponiya və Cənubi Koreya baş verən hadisə ilə bağlı onların mövqeyini təsdiq edən videoyazıları da ictimailəşdirib. Seulun yaydığı video 5 dildə izahla təqdim edilib.