Məşhur musiqiçi fanatları ilə içki qəbul etdi


Digərləri 14 Yan 2019 22:05:00 257 0

Məşhur musiqiçi fanatları ilə içki qəbul etdi

ABŞ-ın məşhur musiqiçisi Deyv Qrol Las Veqasdakı konsertində təhlükəli vəziyyətlə qarşılaşıb.

Son.az xəbər verir ki, "Foo Fighters" qrupu ilə birgə konsert verən məşhur sənətçi səhnədən enib fanatları ilə söhbətləşib.

İsti söhbət əsnasında sevənləri onu pivəyə qonaq ediblər. Sonra nə qədər çalışsa da, o, səhnəyə qalxa bilməyib. Müvazinətini saxlaya bilməyən musiqiçi yerə yıxılıb.