Qanunsuz ovçuluqla məşğul olan qrup üzvləri saxlanılıb FOTO


Kriminal 14 Yan 2019 21:50:00 684 0

Qanunsuz ovçuluqla məşğul olan qrup üzvləri saxlanılıb  FOTO

öygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov  olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ" və 3 ədəd "İJ", markalı ov tüfəngləri və  ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.


Xəbərə aid fotolar