Taksini qovan polis avtomobili belə aşdı FOTO


Digərləri 14 Yan 2019 21:59:00 239 0

Taksini qovan polis avtomobili belə aşdı  FOTO

Türkiyənin ən böyük şəhəri olan İstanbulda polis avtomobili qəzaya uğrayıb.

Son.az xəbər verir ki, şəhərin Qaziosmanpaşa polis bölməsinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan avtomobili saxlamağa çalışıb. "Dayan" əmrinə tabe olmayan taksi sürücüsü maşını yüksək sürətlə idarə etməyə başlayıb. Polislər həmin maşını təqib edərkən Fatih adlanan yerdəki yeraltı tuneldə idarə etdikləri xidməti avtomobil aşıb. Avtomobildə olan 2 polis xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, 34 TBH 76 nömrə nişanlı taksinin sürücüsü ərazidən uzaqlaşandan sonra maşını ataraq qaçıb.


Xəbərə aid fotolar