Azərbaycanda lirikpsixoloji teatr məktəbinin yaradıcısı kimi tanınan rejissor


Kriminal 14 Yan 2019 21:47:00 508 0

Azərbaycanda lirikpsixoloji teatr məktəbinin yaradıcısı kimi tanınan rejissor

Bu gün böyük teatr ustası Tofiq Kazımovun anadan olmasından 96 il ötür

Deyirlər, bu dünyada yalnız xalqın sevgisini qazananlar özlərini xoşbəxt saya bilərlər. Ən etibarlı abidə də, ən toxunulmaz arxiv də - elə xalqın yaddaşıdır. El ruhunda, el qəlbində elə cazibə var ki, ona bağlı olanların adını yüz illərdən sonra da qoruyub saxlayır. Uzun illər Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləmiş, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradıcısı kimi tanınmış görkəmli rejissor, Xalq artisti Tofiq Kazımov da belə - həyat və sənət dolu şəxsiyyətlərdəndir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün böyük teatr ustası Tofiq Kazımovun anadan olmasından 96 il ötür.

Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin "Antoni və Kleopatra", "Hamlet", "Fırtına", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Bağlardan gələn səs", Cəlil Məmmədquluzadənin "Ölülər", Şıxəli Qurbanovun "Sənsiz" və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.