Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə treninqlər keçirilir


Digərləri 14 Yan 2019 20:23:00 184 0

Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə treninqlər keçirilir

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO 9001:2015 standartlarının tətbiqi istiqamətində treninqə start verilib.

Bakı. İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO 9001:2015 standartlarının tətbiqi istiqamətində treninqə start verilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, treninq dövlət başçısının 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir. 5 gün davam edəcək treninqin məruzəçiləri Türk Standartlar İnstitutunun təhsil üzrə direktoru Feyzullah Erdoğan və İnstitutun Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğludur. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Standartlar İnstitutunun ölkəmizdəki nümayəndəlikləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkının və “AEEC” MMC-nin nümayəndələri də iştirak edirlər.