Tələbə ATVnin efirinə "kalqotka"da çıxdı


Digərləri 14 Yan 2019 20:19:00 223 0

Tələbə ATVnin efirinə "kalqotka"da çıxdı

ATV-də yayımlanan "Dəb mənəm” verilişində maraqlı anlar yaşanıb

ATV-də yayımlanan "Dəb mənəm" verilişində maraqlı anlar yaşanıb. 

Son.az azxeber.com-a istinadla xəbər verir ki, şənbə günləri ATV kanalında yayımlanan dəb proqramının Vüsalə adlı iştirakçısı verilişə qara pencək və üzəri incilərlə bəzədilmiş "kolqotka"da çıxıb.

Hüquq fakültəsi üzrə təhsil aldığını deyən iştirakçı ən böyük arzusunun aktrisa olmaq olduğunu qeyd edib. Digər iştirakçılar onun geyimini tənqid edərək "Sənə ətək və ya şalvar almaq istədim" deyə, irad bildirib.

Stilist və vizajist Elnur Həsənov Vüsaləni tənqid edib: "Bir xanım, özü də artıq çəkili biri verilişə bu geyimdə çıxıb gələ bilməz. Bu geyim tərzi müğənni və səhnə üçündür".