Aylara yeni adlar təklif edən deputat:


Digərləri 14 Yan 2019 19:37:00 231 0

Aylara yeni adlar təklif edən deputat:

"Təqvim aylarına yeni adların verilməsi təklifinə ikili yanaşma var. Bir qisim insan var ki, sosial şəbəkələrdə tənqid edir. Maraqlıdır, irəli sürülən təklifin mahiyyəti ilə bağlı deyil, şəxsiyyətlə bağlı, konteksdən kənar mülahizələr yürüdürlər. Deyirlər, deputatların işi, sənəti yoxdur ki, bu cür təkliflər irəli sürürlər. Halbuki bunu deputat kimi deyil, vətəndaş, Vəhdət Partiyasının sədri kimi demişəm. Təkliflə demək istəmişəm ki, özümüzə oxşayaq".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O, ad məsələsinin çox önəmli olduğunu vurğulayıb: "Övladlarımıza qoyduğumuz adlar da milli olmalıdır. Xalqımızın getdikcə özündən uzaqlaşması, digər millətlərə - özündən başqa hamıya oxşaması məni narahat edir. Bu, bütün sahələri əhatə edir. Soyad sonluqları qanunvericiliyə uyğun olaraq milliləşdirilməlidir. Yəni aylara yeni adların verilməsini də milliləşməyə görə demişəm. Bu, ictimai hərəkat kimi olmalıdır. Məqsədim odur ki, təklif etdiyim adlar məişətdə paralel olaraq istifadə edilsin, getdikcə dilimiz öyrəşsin. Nənəm deyərdi ki, zəlzələ ilinin biçin ayında doğulmuşam. Biz də bilirdik ki, zəlzələ 1902-ci ildə olub, biçin ayı da avqustdur. Yəni babalarımız bu cür sözlərdən istifadə ediblər. Təəssüflər olsun ki, bəzi saytları başlığa çıxarırlar ki, Tahir Kərimli ayların adını dəyişdirmək istəyir. Onlar başa düşmür ki, mən ayların adının dəyişdirilməsinin deyil, həmin adlarla paralel olaraq işlənilməsi üçün adlar təklif etmişəm. Türkiyədə ayların milli adlarına mahnılar da qoşublar".