Üç günlük körpənin qəbiristanlığa atılmasının səbəbi bilindi:


Digərləri 14 Yan 2019 19:24:00 221 0

Üç günlük körpənin qəbiristanlığa atılmasının səbəbi bilindi:

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var.

Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb.