Səudiyyəli nazir: "Rusiya neft hasilatını tədricən azaldır"


Dünya 14 Yan 2019 18:44:00 264 0

Səudiyyəli nazir: "Rusiya neft hasilatını tədricən azaldır"

Rusiya OPEC+ sazişi çərçivəsində neft hasilatını çox ləng azaldır.

Son.az report-a istinadən xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı enerji, sənaye, mineral ehtiyatlar naziri Xalid əl Falih deyib.

O, azalmanın tezləşəcəyinə ümidvar olduğunu bildirib: "Biz bazarı tarazlaşdırmaq üçün kifayət qədər addımlar atmışıq. Rusiya istədiyimizdən ləng də olsa, bu işə başlayıb, onların da 2017-ci ildəki kimi sürəti artırıb bazarın tarazlaşmasına müsbət töhfə verəcəklərinə inanıram".