Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru bəraət aldı


Digərləri 14 Yan 2019 18:24:00 226 0

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru bəraət aldı

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin sabiq qubernatoru David Kirkitadzenin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı cinayət işi üzrə iclas keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, məhkəmə iş üzrə D.Kirkitadzeni günahsız hesab edərək, ona bəraət verib.

Məhkəmədə çıxış edən prokuror Giorgi Daraxvelidze qərarın gözlənilməz olduğunu bildirib. O, Baş Prokurorluğun məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini deyib.

D.Kirkitadze 2015-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunub. O, dövlətə məxsus xüsusi texnikanın özəl şirkətlərin istifadəsinə verilməsində ittiham edilib. Tbilisi Şəhər Məhkəməsi ona qarşı 10 min lari (3 752 dollar) məbləğində girov qətimkan tədbiri tətbiq edib. Sabiq qubernator cinayət məsuliyyətinə cəlb olunarkən ABŞ-da təhsil alıb.