300ə yaxın tələbə Apelyasiya Komissiyasına müraciət edib


Digərləri 14 Yan 2019 18:04:00 249 0

300ə yaxın tələbə Apelyasiya Komissiyasına müraciət edib

Azərbaycan Tibb Universitetində qış imtahanları başlayandan sonra Apelyasiya Komissiyasına tələbələr tərəfindən 300-ə yaxın ərizə təqdim edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Apellyasiya Komissiyasının sədri, professor Surxay Musayev deyib.

O, ərizələrin bir qisminin əsaslı, böyük bir qisminin isə əsassız olduğunu deyib:

"Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variantı göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır".

İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. O, açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib.

Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin fikirlərini də öyrəniblər. İraq vətəndaşı, stomatologiya fakültəsinin II kurs tələbəsi Yahya Razi, I müalicə-profilaktika fakültəsinin tələbəsi Zərifə İsmayilova və digərləri testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini deyiblər. İmtahan nəzarətçisi, əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş laborantı S. Atakişizadə imtahanın gedişində hələ heç bir problemin yaranmadığını söyləyib.

İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov da tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən danışıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib.

Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən şuranın üzvləri tələbələrin daha çox narazı qaldığı məqamlarla maraqlanıblar. Bir neçə tələbənin şikayətinin motivi ilə yerindəcə tanış olaraq ekspert rəylərini dinləyiblər. Bu zaman müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Cavid Mustafazadənin şikayətinə də baxılıb və onun müraciəti əsaslı hesab edilərək müsbət həll olunub.

ATU-nun Apellyasiya komissiyasının sədri, professor Surxay Musayev imtahanlar başlayandan bəri 300-ə yaxın ərizə verildiyini, bu ərizələrin bir qisminin əsaslı, böyük bir qisminin isə əsassız olduğunu deyib: "Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə, kserekopiyalarla deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variant göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır".

İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ. Məmmədov universitetdə aparılan islahatların tələbələrin gələcək fəaliyyətlərində müstəsna rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, İmtahan Mərkəzinə baxış zamanı üzərində qaynar xəttin nömrələri yazılan "rəy qutusu" da şura üzvləri tərəfindən açılıb və burada toplanan təkliflər, rəylər qruplaşdırılaraq araşdırılmaq üçün götürülüb.

İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyiblər

Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri - "İki sahil" qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, "Gənc vətəndaş" İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Alimli ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar.

Şuranın üzvləri imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ətraflı açıqlama verib. Rektorun müvafiq əmri ilə 154 nəfərdən ibarət nəzarətçilər qrupunun yaradıldığını deyən prorektor bildirib ki, əvvəl fənnin kredit yükündən asılı olaraq internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olurdu və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı: "Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir. Ona görə də sualların qoyuluşunda dəyişiklik etdik. Artıq üçüncü ildir ki, testə açıq sual adlandırılsa da, əslində qapalı olan çoxcavablı suallar salmışıq. Birinci il sualların içərisindən cəmi 5 sualı gizli sual kimi verdik. Bunlar tələbələrin nəzərinə çatdırılan suallar deyil və bir neçə cavabı var. Sadəcə olaraq tələbələrə bu suallara necə hazırlaşmağın yollarını göstəririk. Keçən il bu cür sualların sayını10-a çatdırdıq və nəticədə tələbələrin xüsusən təməl fənlərindən topladıqları balların miqdarı xeyli azaldı. Ən yüksək balı yalnız çox istedadlı tələbələr toplaya bilirlər".