Bakalavrların nəzərinə! İmtahanda iştirak etmək üçün qeydiyyat başlanır


Digərləri 14 Yan 2019 18:05:00 259 0

Bakalavrların nəzərinə! İmtahanda iştirak etmək üçün qeydiyyat başlanır

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 fevral 2019-cu il tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

Bakı. Dövlət İmtahan Mərkəzi tərəfindən 3 fevral 2019-cu il tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanında istifadə olunacaq testlər magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqramlara tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır. Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2019-cu il 14 yanvar saat 13:00-dan 28 yanvar saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.