Qvardiola: "Onun üçün 110 milyon verməyəcəyik"


İdman 14 Yan 2019 17:21:00 674 0

Qvardiola: "Onun üçün 110 milyon verməyəcəyik"

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola, son günlərdə adı komandayla hallanan  Wolwerhampton-un futbolçusu Ruben Neveslə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola, 21 yaşlı yarımmüdafiəçini transfer etməyəcəklərini deyib:

“Bir ay əvvəl Ruben Neveslə bağlı xəbərləri oxumağa başladım. Belə bir şey olmayacaq. Bu tərz bir yarımmüdafiəçi üçün 110 milyon avro ödəməyəcəyik. Bizim də bəzi limitlərimiz var və pulları çox xəcləmək niyyətimiz yoxdur”.

2017-ci ildə Porto-dan transfer edilən Nevesin Wolwerhampton-la 2023-cü ilə qədər müqaviləsi var.