“Quş qripi” ilə bağli monitorinq başlandı


Digərləri 14 Yan 2019 16:55:00 454 0

“Quş qripi” ilə bağli monitorinq başlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) "quş qripi" xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir.

Qurumdan Son.az-a verilən məlumata görə, Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinqə bu gün başlanılıb. Monitorinq DBX-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.

Artıq DBX-nin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.


Xəbərə aid fotolar