Türkiyənin XİN başçısı Trampa cavab verdi


Dünya 14 Yan 2019 16:33:00 208 0

Türkiyənin XİN başçısı Trampa cavab verdi

Türkiyə bir yandan iqtisadi sanksiyalar, o biri yandan isə terrorla təhdid edilir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 14-də Lüksemburq xarici işlər naziri Jan Asselbornlə birgə mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə bağlı hədələyici bəyanatını dəyərləndirərkən deyib.

"Bu millət ac qalaram, Çanaqqala savaşında olduğu kimi boyun əymərəm" deyir. Dövlət olaraq nə lazımdırsa, biz onu da edəcəyik. Donald Trampın təzyiq etdiyi açıqlamaları və istifadə etdiyi hədə dilini isə doğru saymırıq", - Mövlud Çavuşoğlu bildirib.