DNTnin atası bütün titullarını itirdi


Dünya 14 Yan 2019 16:28:00 216 0

DNTnin atası bütün titullarını itirdi

Dünyaca məşhur amerikalı bioloq, Nobel tibb mükafatının laueratı Ceyms Uotson bütün fəxri adlarından və titullarından məhrum edilib. Onun əvvəllər başçılıq etdiyi "Cold Spring Harbor" laboratoriyasının qərarı belədir.

Son.az bildirir ki, qərarın səbəbi 90 yaşlı dahi alimin, "DNT-nin atası" kimi tanınan Ceyms Uotsonun neqroid irqindən olan insanlar, qaradərililər barədə dedikləridir. Uotson qaradərililərin əqli qabiliyyət səviyyələrinin aşağı olduğunu iddia edir.

"American Masters: Decoding Watson" sənədli filmində o, deyib: "Əslinə baxanda Afrikanın gələcəyini çox pis görürəm, çünki bütün sosial siyasətimiz qaradərililərin intellekt səviyyəsinin bizdə olduğu kimi düşüncəsinə əsaslanır. Halbuki bütün araşdırmalar bunun əksini göstərir".

2007-ci ildə də qaradərililəri aşağıladığı üçün o, laboratoriya rəhbərliyindən kənarlaşdırılmışdı.