Şəhər meri nəvəsi yaşında qadınla evləndi


Digərləri 14 Yan 2019 16:01:00 210 0

Şəhər meri nəvəsi yaşında qadınla evləndi

İngiltərənin Kembricşir qraflığındakı Fenland bölgəsində yerləşən Març şəhərinin meri Kit Ouens Filippindən olan miqrant Ayza Bonusla evlənib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Filippinin Tarlak şəhərinin sakini Ayza Bonus turist vizası alaraq Britaniyaya yollanmışdı.

Març şəhərinin meri postunda artıq 5-ci səlahiyyət müddətində çalışan 73 yaşlı Kit Ouen 31 yaşlı Ayza ilə Facebook-da tanış olmuşdu.

"İki il əvvəl İnternetdə tanış olduq. Sonra FaceTime və Whatsapp-da yazışdıq. Filippinə yollandım, Ayza ilə orada görüşdüm, onun ailə üzvləri və dostları ilə də tanış oldum. Bir-birimizi sevirdik və evlənməyə qərar verdik", - Kit Ouen söyləyib.


Xəbərə aid fotolar