Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi


Digərləri 14 Yan 2019 15:52:00 217 0

Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi

Hazırda Azərbaycanda qrip virusu geniş yayılıb. Bağçalar, orta və ali məktəblər, iş yerlərində hər 4 nəfərdən 1-i qripdir. Güclü baş və boğaz ağrısı, öskürəklə müşayiət olunan xəstəlik sağalmaq bilmir.

Qonşu Gürcüstanda sürətlə yayılan və 14 insanın ölümünə səbəb olan "donuz qripi" (A-H1N1 tipi) təhlükəsi isə insanların təşvişini artırır.

Son.az xəbər verir ki, Azərbaycan Dövlət Tibb Universitetinin Yolxucu xəstəliklər kafedrasının dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev modern.az-a bildirib ki, hazırda Azərbaycanda müşahidə edilən xəstəlik mövsümi qripdir:

"Hər il olduğu kimi, bu il də respirator qrip virusu mövsümi xarakter daşıyır. Qonşu Gürcüstanda yayılan virusun Azərbaycanda yayılma ehtimalı var, amma hələlik vəziyyət nəzarət altındadır. Bugünədək ölkədə "donuz qripi" virusu təsdiqlənən xəstə yoxdur. Bizim klinikanın üçüncü mərtəbəsi ağır qripli xəstələr üçü hazırlanıb. Amma orada elə bir ağır xəstəmiz yoxdur.

Mövsümi xəstəliyin ağırlaşması da insanın özündən asılıdır. Məsələn, hərarəti olan uşaq bağçaya, məktəbə, yaxud böyüklər işə gedəcəklərsə, ağırlaşma olması təbiidir. Xəstə insanlar ən azı hərarət olan dövrdə evdə qalmalıdırlar ki, ağırlaşma halları olmasın".

Həkim qeyd edib ki, xroniki xəstəlikləri olan insanlarda qripdən ağırlaşma riski yüksəkdir:

"Bu insanlar xüsusilə diqqətli olmalıdırlar. Heç kəs də "həkimlik edib" özünümüalicəyə cəhd göstərməməlidir".