"Zidan Real-dan Ronaldoya görə ayrılıb"


İdman 14 Yan 2019 15:52:00 456 0

"Zidan Real-dan Ronaldoya görə ayrılıb"

Real-ın keçmiş prezidenti Ramon Kalderon Zinəddin Zidanın “kral klubu”ndan ayrılma səbəbini açıqlayıb.

Goal.az İspaniya mətbautına istinadən

 

xəbər verir ki, İspaniya mətbuatına danışan Kalderon, fransız mütəxəssisin klubdan ayrılığıyla bağlı bunları deyib:

“Zidan Kriştiano Ronaldonun qalmasını, Qaret Beylin isə satılmasını istəyirdi. Rəhbərlik isə bunun tam əksi olan bir qərar qəbul etdi. Zidan Beylin gedişindən sonra bir neçə futbolçunun transfer edilməsini də istəyirdi. Ancaq istədikləri olmadı və klubdan ayrıldı. Zidanın haqlı olduğu sonradan ortaya çıxdı”.

Zidan 2016-2018-ci illər aralığında Real-ı çalışdırıb. Fransız mütəxəssis 2018-ci ildə Çempionlar Liqasını qazandıqdan 5 gün sonra vəzifəsindən istefa verib.