Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər


Digərləri 14 Yan 2019 15:56:00 229 0

Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər

Almaniya-Azərbaycan birgə Proqramı çərçivəsində 2019-cu ildə də sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər.

Bakı. Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2019-cu ildə də sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər. Nazirlikdən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. Almaniya-Azərbaycan birgə Proqramına əsasən, 16 sahibkar və menecerdən ibarət ilk qrup 25 mart – 19 aprel 2019-cu il tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək.