Xırdalanda bacanağını namus üstündə öldürən şəxs:


Digərləri 14 Yan 2019 15:29:00 235 0

Xırdalanda bacanağını namus üstündə öldürən şəxs:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Qasımov özünü təqsirli bilib.

O, sərbəst ifadəsində bacanağını namus üstündə öldürdüyünü qeyd edib.

Ş.Qasımovun sözlərinə görə, qızı ailə həyatı qursa da, sonradan boşanıb və ata evində qalıb: "Bir gün bacanağım Müşfiq Abbasov bizə gəldi. O, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə də onu bıçaqladım".