“Arvadı vuranda əri çarpayıda xoruldayırdı...”


Digərləri 14 Yan 2019 15:06:00 184 0

“Arvadı vuranda əri çarpayıda xoruldayırdı...”

Lənkəran şəhərində ər-arvadı öldürməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Fəqan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Fəqan Mikayılov 1937-ci il təvəllüdlü Aydın Allahverdiyevin ayrı-ayrı şəxslərə borc pul verməklə maddi imkanı yaxşı olan və yaşadığı evdə nağd pul saxlayan şəxs kimi tanıyıb.

O, Aydın Allahverdiyev və onun 1943-cü il təvəllüdlü arvadı Azada Allahverdiyevanın yaşadığı evə məhz tamah məqsədi ilə basqın edib.

Fəqan Mikayılov 2016-cı ilin noyabrın 21-də, gecə saat 3 radələrində onların yaşadığı evin pəncərə şüşəsini çıxartmaqla içəri girib. Otaqlardan birində pul axtarsa da, bir şey tapmayıb. Pəncərədən həyətə düşüb və yardımçı tikilinin altına yığılmış ağac parçalarından birini götürüb.

Sonra yenidən pəncərənin şüşəsini çıxartdığı yerdən evə girib.

Ər-arvada zorakılıq

O, əlindəki odun parçası ilə Aydın Allahverdiyevlə Azada Allahverdiyevanın yatdığı otağa daxil olub. Ahıl yaşlı Aydın Allahverdiyev və arvadına zorakılıq göstərib.

Azada Allahverdiyeva çağırılmamış "qonağ"ı görəndə həyatını qurtarmaq üçün qışqırmaq istəyib.

Fəqan əlindəki ağac parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə endirib. Qadın aldığı xəsarətdən yerə yıxılaraq zarımağa başlayıb.

Fəqan onun öləcəyinə tam əmin olub, otaqdakı çarpayıda yatmış Aydın Allahverdiyevə hücum edərək əynindəki paltarın yaxalığından yapışıb, ondan pul tələb edib.

Yuxudan ayılan yaşlı kişinin fəryadı

Yuxudan ayılan Aydın Allahverdiyev də kömək məqsədilə qışqırmaq istəyib. Fəqan ağac parçası ilə ahıl kişini yataqda döyməyə başlayıb. Çoxsaylı xəsarət alan ər və arvad hadisə yerində ölüb.

Fəqan Aydının əynindəki köynəyin sol cibindən cəmi 1000 manat pul tapıb.

İstintaq orqanı tərəfindən Fəqan Mikayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

"Anam məni evdən qovdu"

Məhkəmədə ifadə verən Fəqan Mikayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, arada gəzən söz-söhbətlərdən Aydının məhəllədə kiminsə pula ehtiyacı olanda borca pul verdiyini eşidib:

"2016-cı ilin noyabrın təxminən 10-12-də özümü narkomaniyadan müalicə etdirmək üçün atamın evindən "LG" markalı televizoru götürdüm və tanımadığım şəxsə 135 manata satdım. Anam Dilşad bunu biləndə məni evdən qovdu.

Həmin vaxtdan məhəllədəki Kifayət və Nəbi adlı ər-arvada məxsus sahibsiz evin hamamında yaşadım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 20 noyabr 2016-cı ildə haradan necə pul əldə edə biləcəyinin fikrini edib. Belə qərara gəlib ki, Aydının evinə oğurluğa getsin: "Noyabrın 21-də gecə Aydının həyətinə getdim. Təxminən 20 dəqiqə gözlədim, evin giriş qapısına baxanda qapının əl cəftəsinin yuxarı qalxmış halda olduğunu görüb qapının arxadan bağlandığını başa düşdüm.

Evin axırıncı otağının şüşəsini özümlə gətirdiyim məftillə əyərək şüşəni çıxartdım, evə girdim. Əvvəl şifonerdəki iki çamadanı açdım, içərisinə baxdım. Çamadanlarda pul olmadığını gördüm.

Sonra pianinonun yanındakı şifoneri açdım, paltarların ciblərinə baxdım, lakin pul tapmadım".

"Alışqanın işığını Azadanın sifətinə saldım"

Fəqan Mikayılovin ifadəsinə görə, Aydın və arvadı qarşı otaqda yatdıqları üçün fikirləşib ki, birdən oyanıb, onu görərlər: "Yenidən həyətə düşdüm. Divar tərəfdə odun parçaları yığıldığını gördüm. Odunlardan birini götürdüm ki, evi axtaranda Aydın və ya arvadı oyanıb, məni görsələr onları vurum.

Yenidən pəncərənin şüşəsini çıxartdığım yerdən evə daxil oldum. Aydıngil yatan otağın qapısını açanda gördüm ki, Azada yerdə oturub, Aydın pəncərənin qabağındakı çarpayıda sakitcə yatıb. Əlimdə olan alışqanın işığını Azadanın sifətinə saldım. Azada qışqırmaq istədi. Onun qışqırmasına imkan vermədim, cəld yaxınlaşaraq odun parçası ilə başına bir və ya iki dəfə zərbə vurdum.

Azada zarıyaraq otağın döşəməsində yerə yıxıldı. Aydın isə bərk yatmışdı, xoruldayırdı. Heç bir səs eşitmədi. Odunu yerə qoyub, iki əlimlə Aydının yaxasından tutdum. Aydın yuxudan ayılaraq qışqırmaq istədi. Ona "qışqırma, 5-10 manat ver, elə bil, sədəqə verirsən, çıxım gedim" dedim. Aydın isə "vay dədə" deyərək zəif səslə qışqırdı".

"Cibini eşəndə kağıza bükülmüş pul çıxartdım"