“Qapını “hörümcək adam” qorumasaydı...”


İdman 14 Yan 2019 15:14:00 445 0

“Qapını “hörümcək adam” qorumasaydı...”

İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker ölkə çempionatının 22-ci turunda keçirilən Manchester United-Tottenham matçına (1:0) münasibət bildirib.

Goal.az xəbər verir ki, Lineker qələbənin məhz qolkiper David de Xea sayəsində əldə olunduğunu deyib. “Gözəl qələbə idi. Matçı zövqlə seyr etdim. Mourinyodan sonra Manchester United fərqli oyun göstərir. Tottenham ikinci yarıda əla oynadı. Qalib gələ bilərdi. Əgər Manchester klubunun qapısını “hörümçək adam” qorumasaydı. Hesab edirəm ki, de Xea oyunun qəhrəmanı oldu”,- keçmiş futbolçu deyib.

Qeyd edək ki, de Xea matçda 11 seyv edib ki, bu, cari mövsüm İngiltərə çempionatında ən yaxşı göstəricidir. Qapıçı 22 oyunda meydana çıxıb. 32 dəfə qapısında qol görüb.