Azərbaycanda bank hesabından minlərlə manat pul oğurlandı


Digərləri 14 Yan 2019 14:30:00 202 0

Azərbaycanda bank hesabından minlərlə manat pul oğurlandı

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.