MTRŞnın Aparat rəhbəri dəyişib


Digərləri 14 Yan 2019 14:02:00 225 0

MTRŞnın Aparat rəhbəri dəyişib

Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib. 

Son.az report-a istinadən xəbər verir ki, şura sədri Nuşirəvan Məhərrəmli A.Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb.

MTRŞ-nın bundan əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov idi. O, Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncamla Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.

Qeyd edək ki, A.Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub.